Bakının Xətai rayonu, “Nargilə dairəsi” adlanan ərazidə yerləşən “Nargilə” kafesinin söküləcəyi bildirilir.
Baki-baku.az-ın əldə etdiyi məlumata görə, bu, ərazidə aparılacaq yenidənqurma işləri ilə əlaqədardır.
Məlumata görə Ramiz Quliyev küçəsindəki digər köhnə binaların da söküləcəyi gözlənilir.
Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinə (RİH) sorğu ünvanladıq. Bildirildi ki, hazırda söküntü işləri ilə bağlı Xətai RİH-ə hər hansı rəsmi məlumat daxil olmayıb:
“Həmin ərazi yol infrastrukturu ilə bağlı işlərin görülməsi nəzərdə tutulmuşdu. Lakin hazırda bu işlərlə bağlı aidiyyəti qurumdan hər hansı müraciət edilməyib”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, sözügedən ünvanda yol infrastrukturunda işlərin görülməsi Dövlət Proqramına əsasən həyata keçirilə bilər. Hazırda isə bu ünvanda layihələndirmə işlərinə başlanılmayıb. Dövlət Proqramın uyğun gələcəkdə işlər görülə bilər”.