Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/08/2026

Paylaşın

GÜNDƏM

Bakı metrosunun Xocasən və Dərnəgül depoları üzrə tenderlər keçiriləcək

Xocasən və Dərnəgül depoları, "Bakı Metropoliteni"

“Bakı Metropoliteni” QSC Xocasən və Dərnəgül depoları üzrə tender prosesləri keçirəcək.

Baki-baku.az xəbər verir ki, bunu səhmdar cəmiyyətinin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev bildirib.

Onun sözlərinə görə, Xocasən deposunun ikinci mərhələsi, eyni zamanda Dərnəgül deposunun üçüncü mərhələsi, üzrə işlər tam yekunlaşdırılacaq və tam istismara vermək üzrə tenderlər həyata keçiriləcək:

“Dərnəgül deposu ərazisindən keçən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Abay Kunanbayev və Çinarlı Park yaşayış kompleksini birləşdirən avtomobil və piyada tunelinə gəlincə, hazırda ərazidə tikinti işləri davam edir. Dərnəgül deposunun ikinci mərhələsinin tamamlanması və qismən fəaliyyətə başlamasını həmin qeyd etdiyim sözügedən tikinti prosesinə görə gözləmə mərhələsindəyik. Həmin avtomobil və piyada tunelinin inşası tamamlandıqdan sonra Dərnəgül deposunun ikinci mərhələsi üzrə inşaat, tikinti-quraşdırma işləri yekunlaşacaq və depo qismən fəaliyyətə başlayacaq. Müvafiq aidiyyatı qurumlarla müzakirələr davam eləyir, tarix barədə məlumat veriləcək”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əgər dənizin əsas qorxusu varsa, o, mütləq tufan və ya duman deyil.

Ən son

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin