Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/07/2026

Paylaşın

GÜNDƏM

Kommunal texnika kimin üçündür: ictimai xidmət, yoxsa şəxsi əlaqələr?

Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi (MKTB) ilə bağlı maraqlı hadisə diqqət çəkib. Belə ki, Yasalam MKTB-yə məxsus avtomobilin fəaliyyət arealından kənarda Nizami rayonu, Keşlə qəsəbəsində görüntülənib. İlk baxışda bu hal təəccüb doğurur. Bir rayonun kommunal texnikası niyə başqa ərazidə fəaliyyət göstərir? Bu cür hal rayon MKTB-nin öz texnikasını icarəyə verməsi halını da gündəmə gətirir.
Baki-baku.az məsələni aydınlaşdırmaq üçün Yasamal rayon MKTB ilə əlaqə saxladı.
Qurumdan verilən məlumata görə, sözügedən texnika Keşlə qəsəbəsində yaranmış subasma probleminin aradan qaldırılmasına dəstək məqsədilə həmin əraziyə göndərilib. Yəni, ilkin səbəb fövqəladə vəziyyətə kömək məqsədilə operativ reaksiya olub.
Bildirilib ki, işlər başa çatdıqdan sonra avtomobil geri qayıdarkən sürücü şəxsi tanışının müraciətini nəzərə alaraq onun obyektinə baş çəkib və orada təmir tullantılarının daşınmasına kömək edib. Bu isə artıq xidməti texnikanın təyinatından kənar istifadəsi kimi qiymətləndirilib.
Qurum tərəfindən aparılan araşdırma nəticəsində sürücünün kimliyi müəyyən edilib və ona ciddi xəbərdarlıq olunub. Rəsmi açıqlamada qeyd edilib ki, bu kimi halların təkrarlanmaması üçün nəzarət tədbirləri gücləndiriləcək.
Maraqlıdır ki, bu, ilk belə hal deyil. Daha əvvəl Yasamal MKTB-yə məxsus avtomobillər Nəsimi və Abşeron rayonlarında da görülüb. Nəzərə alsaq ki, gündüz saatlarında iritonnajlı avtomobillər – yük avtomobilləri şəhərə buraxılmır. Bütün bunlar isə sözügedən qurumun pul müqabilində texnikalarını qanunsuz olaraq icarə əsaslı fəaliyyətə verməsinə dair şübhələri daha da ön plana çəkir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər.

Ən son

GÜNDƏM

Son günlərdə Bakı səmasında sanki göyün qapı-pəncərəsi açılmışdı. Yağış dayanmaq bilmirdi – aramsız, fasiləsiz, nəfəs

GÜNDƏM

Son günlərdə Bakı səmasında sanki göyün qapı-pəncərəsi açılmışdı. Yağış dayanmaq bilmirdi – aramsız, fasiləsiz, nəfəs
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin