Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/06/2026

Paylaşın

GÜNDƏM

İlk rübdə Bakıda avtobuslarla sərnişindaşımada rekord qeydə alınıb

WhatsApp Image 2026-04-06 at 15.05.13

Paytaxtda ictimai nəqliyyatla sərnişindaşımada növbəti rekord qeydə alınıb.
Baki-baku.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadla xəbər verir ki, sərnişin daşımalarının daha səmərəli təşkili, marşrutların düzgün tənzimlənməsi istiqamətində atılan addımlar nəticəsində 2026-cı ilin ilk rübü ərzində 120 milyona yaxın sərnişin daşınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8% və ya 7 milyon 651 min 48 nəfər çoxdur.
Məlumat üçün bildirək ki, 2025-ci ilin sonuna sərnişindaşımada artım tempi 6,2% olub.
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, geniş nəqliyyat şəbəkəsinin qurulması, ictimai nəqliyyatdan istifadənin səmərəliliyinin artırılması və avtobus parkının modernləşdirilməsi prioritet məsələlər kimi qeyd olunub. Görülən işlərin nəticəsində hazırda Bakı şəhərində marşrut xətlərində gündəlik 2350-dən çox avtobus fəaliyyət göstərir. Avtobus parkının mərhələli yenilənməsi çərçivəsində ötən il ərzində paytaxta 293, cari ilin 3 ayında isə 169 yeni avtobus gətirilərək istismara verilib.
Qeyd edək ki, daşımalarda istidadə olunan avtobusların 82 %-i nağdsız ödəniş sisteminə inteqrasiya olunub.
AYNA sərnişin daşımalarının təhlükəsiz və səmərəli təşkili, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər.

Ən son

GÜNDƏM

Aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata

GÜNDƏM

Aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin