Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/04/2026

Paylaşın

İdman

AMİF-in ilk rəsmi üzvləri seçilib

IMG-20260404-WA0034

Azərbaycan Motosiklet İdmanı Federasiyasında (AMİF) mühüm hadisə baş tutub. Baki-baku.az xəbər verir ki, Federasiya prezidenti Fuad Bağırov “MXC Queens” motoklubunun üzvlərinə rəsmi üzvlük vəsiqələrini təqdim edib.

“MXC Queens” AMİF-in rəsmi iştirakçıları sırasında ilk onluğa daxil olaraq qurumun ilkin üzvlərindən biri statusunu qazanıb. Bu addım ölkədə motosiklet mədəniyyətinin inkişafı və klubların sistemli fəaliyyət göstərməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Təqdimat mərasimində qeyd olunub ki, bu inteqrasiya yerli moto-hərəkatın hüquqi müstəvidə tanınmasına və fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılmasına töhfə verir. Təhlükəsiz sürücülük prinsiplərinin gücləndirilməsi və motosiklet idmanının təşviqi əsas prioritetlər kimi vurğulanıb.

Federasiya rəhbərliyi “MXC Queens” klubunun təşəbbüsünü yüksək qiymətləndirərək digər motoklubları da bu prosesə qoşulmağa çağırıb.

Bildirilib ki, bənzər addımlar Azərbaycan motosiklet icmasının birləşdirilməsinə və sahənin qlobal meyarlar səviyyəsində inkişafına xidmət edir. Hazırda bu istiqamətdə işlərin genişləndirilməsi planlaşdırılır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Yunan mifologiyasında hələ də adamın tüklərini ürpərdən çoxlu hekayələr var.

Ən son

İdman

Azərbaycan Motosiklet İdmanı Federasiyasında (AMİF) mühüm hadisə baş tutub.

İdman

Azərbaycan Motosiklet İdmanı Federasiyasında (AMİF) mühüm hadisə baş tutub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin