Baki-baku.az-ın TASS agentliyinə istinadən yaydığı məlumata görə, hadisə barədə məlumatı Rusiya Tətbiqi Geofizika İnstitutu açıqlayıb.
Bildirilib ki, Moskva vaxtı ilə saat 10:56-da (Bakı vaxtı ilə 11:56) Günəşin 4009 nömrəli ləkələr qrupunda (N01E07 koordinatlarında) M1.3 sinfinə aid partlayış baş verib. Rentgen diapazonunda müşahidə olunan bu hadisə təxminən 13 dəqiqə davam edib.
Xatırladaq ki, Günəş partlayışları rentgen şüalanmasının intensivliyinə görə A, B, C, M və X siniflərinə bölünür. Ən zəif səviyyə A0.0 hesab olunur və bu, Yer orbitində hər kvadrat metrə 10 nanovat enerji axınına uyğundur. Hər növbəti sinifdə güc təxminən 10 dəfə artır.
Belə partlayışlar çox vaxt Günəş plazmasının kosmosa atılması ilə müşayiət edilir. Bu plazma axınları Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.