Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/28/2026

Paylaşın

GÜNDƏM

Bakı iqlim dəyişikliklərinə qarşı gücləndirilmiş rejimdə – bütün tədbirlər fasiləsiz davam etdirilir

İqlim dəyişikliyi, İqlim

Bu gün Bakı şəhərində müşahidə olunan intensiv yağıntılar nəticəsində bəzi ərazilərdə suyun toplanması və nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Baki-baku.az xəbər verir ki, bu hal müəyyən narahatlıqlara səbəb olsa da, vəziyyət aidiyyəti qurumların nəzarəti altındadır və operativ tədbirlər görülməkdədir.

Qeyd etmək vacibdir ki, Bakı şəhəri tarixən quraq iqlim şəraitində formalaşıb. Mövcud kanalizasiya və yağış sularının axıdılması sistemləri ilkin mərhələdə daha kiçik həcmli tikililər və fərqli iqlim şərtləri nəzərə alınaraq layihələndirilib. Son illərdə şəhərin sürətli inkişafı, urbanizasiya proseslərinin genişlənməsi və iqlim dəyişiklikləri nəticəsində yağıntıların intensivliyinin artması mövcud infrastrukturun yüklənməsinə gətirib çıxarır.

Hazırda şəhər üzrə bütün aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Problemli ərazilərdə suyun çəkilməsi, kanalizasiya xətlərinin təmizlənməsi və operativ müdaxilə tədbirləri fasiləsiz davam etdirilir, xüsusi texnika və canlı qüvvə cəlb olunub.

Eyni zamanda, uzunmüddətli həll yolları çərçivəsində şəhərin mühəndis-kommunikasiya sistemlərinin müasirləşdirilməsi, xüsusilə yağış və kanalizasiya infrastrukturunun genişləndirilməsi istiqamətində işlər davam etdirilir və bu sahədə yeni layihələrin icrası nəzərdə tutulur.

Vətəndaşlardan xahiş olunur ki, əlverişsiz hava şəraiti zamanı ehtiyatlı olsunlar, zərurət olmadıqda hərəkətlərini məhdudlaşdırsınlar və rəsmi qurumların məlumat və tövsiyələrinə diqqətlə yanaşsınlar.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a FHN-dən bildirilib.

Ən son

GÜNDƏM

Paytaxtın Xətai rayonu, Nargilə dairəsi adlanan ərazisində və Ramiz Quliyev küçəsində işıqforların fəaliyyəti bərpa olunub.

GÜNDƏM

Paytaxtın Xətai rayonu, Nargilə dairəsi adlanan ərazisində və Ramiz Quliyev küçəsində işıqforların fəaliyyəti bərpa olunub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin