Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/28/2026

Paylaşın

GÜNDƏM

Paytaxtda işıqforlar və idarəetmə qurğuları diqqətdə saxlanılır – AÇIQLAMA

IMG-20260328-WA0014

Hazırda davam edən intensiv yağıntı ilə əlaqədar paytaxtda işıqforlar və onların idarəetmə qurğuları fasiləsiz olaraq diqqətdə saxlanılır.

Bu barədə Baki-baku.az-a Daxili İşlər Nazirlərinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, hava şəraiti səbəbindən yaranan texniki problemlər həll edilir, nəqliyyat vasitələrinin rahat hərəkəti üçün yol polisi ilə birgə informasiya mübadiləsi aparılır.

Yol hərəkəti iştirakçılarının təhlükəsiz hərəkəti və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlardan xahiş edilir ki, paytaxt ərazisində yerləşən işıqforlarda hər hansı problemlə rastlaşdıqda DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 24 saat rejimində çalışan +994 12 404 41 22 telefon nömrəsinə məlumat versinlər.

Bununla yanaşı, yollarda işıqforlar hansısa səbəbdən işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab olunur. Bu zaman sürücülər “Yol hərəkəti haqqında” Qanunun 77-ci maddəsini əsas götürərək yollarına davam etməlidirlər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

-Bakı nə rəngdədir? -Qızılı

Ən son

GÜNDƏM

Martın 27-dən başlayan və davam edən intensiv yağışlar nəticəsində paytaxt ərazisində toplanan yağış sularının kənarlaşdırılması

GÜNDƏM

Martın 27-dən başlayan və davam edən intensiv yağışlar nəticəsində paytaxt ərazisində toplanan yağış sularının kənarlaşdırılması
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin