Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/25/2026

Paylaşın

GÜNDƏM

Hər kəs istirahətdə, onlar iş başında – Təmiz Bakı üçün fasiləsiz xidmət

20260325_190517

Bayram günləri insanların həyatında ümumi bir rahatlıq və bayram əhval-ruhiyyəsi yaradır. Lakin bu ümumi istirahətin fonunda diqqətdən kənarda qalan bir məqam var ki, o da, paytaxtın fasiləsiz işləyən kommunal xidmət əməkdaşlarıdır. Onlar üçün bayram anlayışı yalnız məsuliyyətin daha da artdığı bir dövr deməkdir.

Baki-baku.az ilin bütün günləri fasiləsiz olaraq çalışan, paytaxtın təmizliyi, səliqəsi və abad görünüşü üçün gecə-gündüz zəhmət çəkən fədakar insanların fəaliyyətinə nəzər salır.

Hər kəs istirahət etdiyi halda onlar fasilə vermədən, yorulmadan, böyük sədaqət və peşəkarlıqla işlərini davam etdirirlər. Bayram günlərində artan insan axını, daha çox yaranan tullantılar isə onların iş yükünü daha da artırır.

Kommunal xidmət əməkdaşlarının bu gərgin və məsuliyyətli fəaliyyətini “Kommunal Xidmətlər Müəssisəsi” MMC-nin direktor müavini Vüqar Babayev də xüsusi vurğulayır. Onun sözlərinə görə, bayram günləri bu sahədə çalışanlar üçün daha məsuliyyətli və intensiv dövr hesab olunur:

“Bayram günlərində işimiz daha məsuliyyətli olur. Hazırda bayram günləri davam edir və 11 gün ərzində bu məsuliyyət daha da artır. Bütün əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışır. Bakı şəhəri ərazisində hər bir rayona avtoparkdan gündəlik 100-120 texnika çıxır. Bu texnikalar rayonlara bölünərək öz sahələrində xidmət göstərir. Qarışıq və təkrar emal olunan tullantılar toplanaraq gün ərzində ‘Təmiz Şəhər’ ASC-nin çeşidləmə və qarışıq tullantı zavodlarına təhvil verilir”.

Direktor müavini diqqətə çatdırıb ki, iş rejimi 7/24 fasiləsiz davam edir:

“Xüsusilə bayramın ilk günü və növbəti səhər tullantıların həcmi daha çox olur. Biz isə bu artımı nəzərə alaraq daha məsuliyyətlə çalışırıq.

Məqsədimiz şəhərimizin daha təmiz, daha abad qalmasını təmin etməkdir. Hazırda da ərazilərdə texnikalar aktiv xidmət göstərir. Çalışırıq ki, şəhər sakinləri və paytaxtımıza gələn qonaqlar təmiz və rahat mühitdə istirahət edə bilsinlər. Texnikalarımız müasir şəkildə yenilənib. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində avtoparkımız tam müasirləşdirilib. Bu da işimizi xeyli asanlaşdırır və xidmət keyfiyyətini daha da artırır”.

Göründüyü kimi, paytaxtın təmizliyi təsadüf deyil. Bu, planlı şəkildə qurulmuş sistemin və bu sistemdə çalışan insanların fədakar əməyinin nəticəsidir. Bayram günlərində belə, Bakı küçələrinin təmiz, səliqəli qalması məhz onların görünməyən zəhməti hesabına mümkün olur.

Bu səbəbdən, bayram günlərində istirahət edərkən, təmiz küçələrdə rahat addımlayarkən bir anlıq dayanıb düşünmək kifayətdir. Bu rahatlığın arxasında kimlərin zəhməti dayanır? Cavab isə aydındır – səssiz, yorulmaz və məsuliyyətli kommunal xidmət əməkdaşları.

Elvin Camalov

Bənzər Xəbərlər

Jurnalist, yazıçı-tərcüməçi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə təbrik məktubu göndərib.

Ən son

GÜNDƏM

Baki-baku.az ilin bütün günləri fasiləsiz olaraq çalışan, paytaxtın təmizliyi, səliqəsi və abad görünüşü üçün gecə-gündüz

GÜNDƏM

Baki-baku.az ilin bütün günləri fasiləsiz olaraq çalışan, paytaxtın təmizliyi, səliqəsi və abad görünüşü üçün gecə-gündüz
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin