Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/20/2026

Paylaşın

GÜNDƏM

İcraçı direktor: “Novruz bayramı günlərində Bakı hotellərində rezervasiyalarda ləğvlər müşahidə olunmur”

Samir Dübəndi, Novruz Bayramı

Yaxın Şərqdə baş verən hadisələr fonunda turizm bazarında müəyyən ehtiyatlı gözləntilər formalaşsa da, hazırkı rezervasiya məlumatları Azərbaycanın turizm sektorunda kəskin azalma tendensiyasını göstərmir. Onlayn rezervasiya platformalarında aparılan müşahidələr göstərir ki, Novruz bayramı günləri üçün Bakı hotellərində rezervasiyalar ümumilikdə stabil qalır və genişmiqyaslı ləğvlər müşahidə olunmur.

Bunu “Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri və “Ekoturizm Assosiasiyası”nın icraçı direktoru Samir Dübəndi Baki-baku.az-a açıqlamasında deyib.

O bildirib ki, Novruz və Ramazan bayramlarının üst-üstə düşməsi nəticəsində ölkədə uzun – təxminən 11 günlük qeyri-iş günü yaranır. Belə dövrlərdə vətəndaşların bir hissəsi ənənəvi olaraq xaricə səfər edir, xüsusilə BƏƏ və Qətər kimi istiqamətlər populyar olur. Lakin mövcud geosiyasi vəziyyət və bəzi uçuşlarda qeyri-müəyyənlik səbəbindən bu il xarici səfərlərə marağın müəyyən qədər azalması mümkündür.

“Belə hallarda turizm bazarında adətən alternativ istiqamət kimi daxili turizm güclənir. Xaricə getməkdən çəkinən vətəndaşların ölkənin regionlarına – Qəbələ, Quba-Qusar, Şəki-Zaqatala, Lənkaran-Masallı və digər turizm zonalarına üz tutması ehtimalı yüksəkdir. Bu da bayram günlərində region hotellərində doluluq səviyyəsinin artmasına səbəb ola bilər. Ümumilikdə gözlənti ondan ibarətdir ki, tətil günlərində turizm aktivliyi qorunacaq. Bakı hotellərində sabit doluluq müşahidə olunacaq, regionlarda isə daxili turizmin artması hesabına daha yüksək doluluq səviyyəsi formalaşa bilər”, – deyə S. Dübəndi vurğulayıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Ən son

GÜNDƏM

Yaxın Şərqdə baş verən hadisələr fonunda turizm bazarında müəyyən ehtiyatlı gözləntilər formalaşsa da, hazırkı rezervasiya

GÜNDƏM

Yaxın Şərqdə baş verən hadisələr fonunda turizm bazarında müəyyən ehtiyatlı gözləntilər formalaşsa da, hazırkı rezervasiya
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin