Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/18/2026

Paylaşın

GÜNDƏM

Builki Novruz çərşənbələri tonqallarında Bakıda ümumilikdə üç nəfər xəsarət alıb

Novruz çərşənbələri

Builki Novruz çərşənbələri tonqallarında ümumilikdə üç nəfər xəsarət alıb ki, bunlar Bakı ərazində olub.

Baki-baku.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Su çərşənbəsində Binəqədi rayonu, Biləcəri qəsəbəsində 15 yaşlı yeniyetmə və Nizami rayonunda 9 yaşlı uşaq xəsarət alıb. Su çərşənbəsində bədənin müxtəlif nahiyələrinin termiki yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunan şəxslərə zəruri ixtisaslı tibbi xidmət göstərilib və artıq ambulator müalicə üçün evə buraxılıblar.

Torpaq çərşənbəsində isə 9-cu mikrorayon ərazisindən 2018-ci il təvəllüdlü azyaşlı üçün çağırış qeydə alınıb.

Xəsarət alan azyaşlıya yerində tibbi yardım göstərilib və vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilib.

Qeyd edək ki, Azərbaycanda Novruz bayramına azı dörd həftə qalmış hər həftənin ikinci günləri Su, Od, Yel və Torpaq çərşənbələri qeyd olunur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Ən son

GÜNDƏM

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyaları və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələri

GÜNDƏM

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyaları və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələri
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin