Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/13/2026

Paylaşın

GÜNDƏM

Bakıda ötən il yeni metrostansiyaların inşasına ayrılmış vəsaitin məbləği açıqlanıb

WhatsApp Image 2026-03-13 at 13.48.15

“Bakı Metropliteni” QSC-yə ötən il dövlət büdcəsindən ayrılmış vəsaitin 190,4 milyon manatı əsaslı tikintiyə, 54,4 milyon manatı isə istismar fəaliyyəti üzrə işlərin yerinə yetirilməsinə yönəldilib.
Baki-baku.az bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabata istinadən xəbər verir.
Sənədə əsasən, əsaslı tikinti üçün ayrılmış vəsait Bənövşəvi xəttin “8 Noyabr” (B-3)- “B-4” stansiyalararası mənzil tunellərinin, “B-4” stansiyasının tikinti layihəsi çərçivəsində tikinti-quraşdırma işlərinin davam etdirilməsinə, “B-4-B-8” stansiyalararası mənzil tunellərinin və “B-5”, “B-6”, “B-7”, “B-8” stansiyalarının layihələndirilməsinə və tikintisinə yönəldilib. Bu vəsait o cümlədən “Xocasən” elektrik deposunun tikintisi layihəsi çərçivəsində memarlıq-tamamlama işlərinə, Yaşıl xəttin “Xətai-Y-20” (Yeni Günəşli) sahəsinin və “Dərnəgül” elektrik deposunun tikintisi layihəsi çərçivəsində layihələndirmə, obyektin saxlanma və mühafizə işlərinə, “28 May” stansiyasının yenidən qurulması (mövcud Qırmızı və Yaşıl xətlərin ayrılması) layihəsinin hazırlanmasına və tikintisinə, Qırmızı xəttin “İçərişəhər” stansiyasının arxasında dönmə qurğusunun layihələndirilməsi və tikintisinə sərf olunub.
Qırmızı xəttin “İçərişəhər” stansiyasının arxa hissəsində dönmə qurğusunun layihələndirilməsi və tikintisi üçün 1,2 milyon manat vəsait ayrılıb.
Hesabat dövründə əsas vəsaitlərin satınalınmasına 10 milyon manat vəsait yönəldilib və bu vəsaitin 9,9 milyon manatından istifadə edilib. Həmçinin “Həzi Aslanov” stansiyasının əsaslı təmirinin başa çatdırılması məqsədilə 20,8 milyon manat vəsait ayrılıb. İstismar fəaliyyəti üçün nəzərdə tutulmuş 54,4 milyon manat vəsaitin 20 milyon manatı DA-11 (“Xalqlar Dostluğu” stansiyası), D-1 (“28 May” vağzal), “Nəriman Nərimanov”, “Ulduz”, “Koroğlu”, “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyalarında görülən iri həcmli işlərə yönəldilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti

Ən son

GÜNDƏM

Bakıda qəzalı binaların sayı və bu sahədə görülən işlər məlum olub.

GÜNDƏM

Bakıda qəzalı binaların sayı və bu sahədə görülən işlər məlum olub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin