Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/13/2026

Paylaşın

GÜNDƏM

Hökumət Bakıdakı universitetlərin köçürülməsi istiqamətində təhlillər aparılmasını təklif edir

Bakıdakı universitetlərin köçürülməsi və ya bölgələrdə yeni ali təhsil müəssisələrinin açılması istiqamətində təhlillər aparılmalıdır.
Baki-baku.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında öz əksini tapıb.
Sənəddə Xankəndidə fəaliyyət göstərən Qarabağ Universiteti nümunə kimi çəkilərək digər bölgələrdə də bu modeldən istifadə edilməsi təklif olunub:
“Bunun üçün Bakıdakı universitetlərin köçürülməsi və ya bölgələrdə yeni ali təhsil müəssisələrinin açılması istiqamətində təhlillər aparılmalıdır. Əsas odur ki, yerlərdə təhsil mühiti və sosial həyat olduqda insanlar axınla bölgələrə gedəcəklər, çünki paytaxtdakı tıxaclarda insanların nə qədər əziyyət çəkdiyini hamı gündəlik həyatında müşahidə edir”.
Hesabatda həmçinin Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən və Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseyin bazasında logistika və innovativ ixtisasların tədris edilməsinə imkan verən müasir ali təhsil ocağının yaradılması təklif edilir:
“Hazırda Bakı şəhərində fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrində qeyd edilən ixtisaslar üzrə geniş tədris proqramları istifadə edilməkdədir. Bakı şəhəri və paytaxt ətrafı ərazilərdə kifayət qədər ali təhsil müəssisələri fəaliyyət göstərdiyi üçün bəzi hallarda şəhərin nəqliyyat, kommunal və digər infrastruktur sahələrinin həddindən çox yüklənməsinə səbəb olur. Bu baxımdan Bakı şəhəri və onun inzibati ərazisinə daxil olan yaşayış məntəqələrində yeni ali təhsil müəssisəsinin yaradılması hazırda məqsədəuyğun hesab edilmir. Ələt qəsəbəsi nəqliyyat qovşaqlarında yerləşən məkan olduğuna görə həmin bazada təhsil müəssisəsinin açılması böyük fayda verə bilər”.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti

Ən son

GÜNDƏM

Bakıda qəzalı binaların sayı və bu sahədə görülən işlər məlum olub.

GÜNDƏM

Bakıda qəzalı binaların sayı və bu sahədə görülən işlər məlum olub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin