Çin və Azərbaycan inkişaf və dirçəliş yolunda tərəfdaş ölkələrdir.
Baki-baku.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey səfirlikdə keçirilən brifinqdə çıxışı zamanı deyib.
“Çin və Azərbaycan inkişaf və dirçəliş yolunda tərəfdaşdır və Qlobal Cənubun mühüm üzvləridir. Çin Azərbaycanın milli xüsusiyyətlərinə uyğun inkişaf yolunu seçməsini dəstəkləyir”, – diplomat vurğulayıb..
Lu Mey onu da əlavə edib ki, Pekin Azərbaycanla Çin modernləşməsinin yaratdığı imkanları bölüşməyə hazırdır.
“Pekin Azərbaycanla Çin modernləşməsinin, süni intelektin yaratdığı imkanları bölüşməyə, qarşılıqlı fayda və birgə inkişaf üçün yeni gələcək qurmağa və bəşəriyyətin vahid taleyi cəmiyyətinin formalaşmasına töhfə verməyə hazırdır”, – deyə səfir qeyd edib.