Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/06/2026

Paylaşın

Mədəniyyət

Kukla Teatrı premyeraya hazırlaşır

“Quyruqsuz Dovşan”, Azərbaycan Dövlət Kukla Teatrı, «Заяц без хвоста»

Martın 14-də Azərbaycan Dövlət Kukla Teatrında “Quyruqsuz Dovşan” tamaşasının premyerası olacaq.

Baki-baku.az xəbər verir ki, maraqlı və ibrətamiz hadisələrlə zəngin birhissəli kukla tamaşası saat 12:00, 14:00 və 16:00 seansları ilə balacaların qarşısına çıxacaq.

Rus ədibi Nikolay Nikolayeviç Lisinin “Quyruqsuz dovşan” pyesi əsasında (tərcümə edəni: Zümrüd Quliyeva) hazırlanan eyniadlı səhnə işinin quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı Rəna Abbasovadır.

Musiqi tərtibatlı tamaşada obrazları Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Elnur Xəlilov, Yusif Baxşəliyev, Məmmədşah Təhməzov, Elnarə Hacıyeva, Səbinə Məmmədova və Bayram Ağamalıyev canlandırırlar.

Psixoloji alleqoriya kimi çıxış edən tamaşanın əsas konflikti zahiri hadisədən – quyruğun itirilməsindən doğsa da, əslində bu, qəhrəmanın özünü anlaması və olduğu kimi qəbul etməsi ilə başa çatır.

Dovşanın səhnə boyu düşdüyü vəziyyətlər – sevinc, həyəcan, utanmaq hissi, böhran və sonda özü ilə barışması səhnə işinin əsas dramatik xəttini təşkil edir.

“Quyruqsuz Dovşan”, Azərbaycan Dövlət Kukla Teatrı

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Bakı Marafonu 2026" ilə əlaqədar 3 may tarixində səhər saat 09:00-dan mərasim qurtaranadək yürüşlə əlaqədar bəzi küçə və

Ən son

İdman

Baki-baku.az xəbər verir ki, Bakı bulvarında təşkil olunan yarış saat 11:00-da başlayıb.

İdman

Baki-baku.az xəbər verir ki, Bakı bulvarında təşkil olunan yarış saat 11:00-da başlayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin