Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 03/03/2026

Paylaşın

GÜNDƏM

Suraxanı rayonunda genişmiqyaslı abadlıq və təmizlik işləri aparılır

IMG-20260303-WA0108

Suraxanı rayonunda aparılan abadlıq və təmir-bərpa işləri çərçivəsində rayonun bütün qəsəbələrində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Baki-baku.az xəbər verir ki, görülən işlərin əsas məqsədi ərazinin estetik görünüşünün yaxşılaşdırılması və sakinlər üçün daha rahat yaşayış mühitinin yaradılmasıdır.

Qeyd edək ki, abadlıq tədbirləri çərçivəsində küçələrin ümumi görünüşünün yaxşılaşdırılması məqsədilə yolkənarında yerləşən qeyri-yaşayış obyektlərinin fasadları təmir olunur və ya yenidən qurulur. Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsində obyektlərin fasadı üzlənib, ərazidə küçənin ümumi görünüşünə xələl gətirən, mövcüd standartlara uyğun olmayan reklam konstruksiyalarının sökülüb. Çoxmərtəbəli yaşayış binalarının fasadları rənglənib, məhəllələrdə təmizlik işləri aparılıb, ətraf hasarlar yuyularaq rənglənib.

Bundan əlavə küçə işıq dirəylərinin lampaları dəyişdirilir, dirəklər rənglənir , ağaclar yuyulur və budanir, onlara aqrotexniki qulluq göstərilir.

Vətəndaşların maneəsiz gediş-gəlişinin təmin olunması üçün piyada səkiləri təmir olunaraq bordürlər düzülür.

Abadlıq tədbirlərinin həyata keçirilməsi üçün prosesə 470 nəfər işçi qüvvəsi və 20 ədəd texnika və xüsusi təyinatlı avtonəqliyyat vasitəsi cəlb olunmuşdur.

Eyni zamanda, Hövsan qəsəbəsinin girişindən başlayaraq uzunluğu 1,8 km olan Oqtay Şabanov və Rasim Şahsuvarov küçələri boyunca abadlıq işlərinə başlanılmışdır.

Qeyd edək ki, Suraxanı rayonu ərazisində abadlıq, təmizlik və yenidənqurma işlərinin gələcəkdədə davam etdirilməsi nəzərdə tutulur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Zynergy marketinq agentliyi və “Indigo Printing House”un birgə təşkilatçılığı, LIBRAFF kitab mağazalar şəbəkəsinin dəstəyi ilə həyata keçirilən hekayə

Ən son

GÜNDƏM

Suraxanı rayonunda aparılan abadlıq və təmir-bərpa işləri çərçivəsində rayonun bütün qəsəbələrində genişmiqyaslı tədbirlər həyata keçirilir.

GÜNDƏM

Suraxanı rayonunda aparılan abadlıq və təmir-bərpa işləri çərçivəsində rayonun bütün qəsəbələrində genişmiqyaslı tədbirlər həyata keçirilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin