Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/27/2026

Paylaşın

Mədəniyyət

“Ayı” adlı tamaşanın premyerası olacaq

“Ayı”

3 mart, saat 15:00-da Azərbaycan Teatr Xadimləri İttifaqında rejissor, pedaqoq, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun rəhbərlik etdiyi “Rejissor laboratoriyası”nda Anton Pavloviç Çexovun “Ayı” adlı əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçiriləcək.

Baki-baku.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr rejissorluğu fakültəsinin l kurs tələbəsi yazıçı-rejissor Samirə Əşrəf, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.

Səhnə əsərində İncəsənət Universitetinin tələbələri Qriqori Stepanoviç Smirnov (Hüseyn Quluzadə), Yelena İvanovna Popova (Türkel Ələsgər), Anfisa (Nərmin Ağayeva) iştirak edirlər.

Gənc yaşda dul qalan Popovanın yaslı, sakit həyatı qəfildən mərhum ərinin borclu qaldığı Smirnov tərəfindən pozulur. Borcu qaytarmaq üçün Popova və qulluqçu Anfisa çıxış yolu axtarmağa çalışarkən, hadisələrin gedişatı gözlənilməz məcraya yönəlir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Nərimanov rayonu, Əliyar Əliyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb, sakinlər təxliyə olunub.

Ən son

GÜNDƏM

4 oktyabr 2026-cı il tarixində Respublika Uşaq Kitabxanasında 8 Noyabr – Zəfər Günü münasibətilə “Mənim

GÜNDƏM

4 oktyabr 2026-cı il tarixində Respublika Uşaq Kitabxanasında 8 Noyabr – Zəfər Günü münasibətilə “Mənim
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin