Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/26/2026

Paylaşın

GÜNDƏM

Bakıdakı kilsə və sinaqoqlarda Xocalı soyqırımı anılıb

Xocalı soyqırımı

Bakıdakı müxtəlif kilsə və sinaqoqlarda, o cümlədən müxtəlif dini icmalarda Xocalı soyqırımı qurbanlarının ruhuna dualar oxunub, onların əziz xatirəsi ehtiramla yad edilib.

Bu barədə Baki-baku.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, anım mərasimləri çərçivəsində Dağ Yəhudiləri Sinaqoqu, Bakirə Məryəmin Məsum Hamiləliyi Kilsəsi, o cümlədən “Yeddinci Günün Adventistləri”, “Molokan ruhani xristian” və Bakı Krişna Şüuru dini icmalarında dini ayinlər icra edilib.

Dini icma rəhbərləri və nümayəndələri Xocalı soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu vurğulayıblar.

Vurğulanıb ki, bu faciəyə beynəlxalq hüquqi-siyasi qiymətin verilməsi, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və ədalətin təmin olunması mühüm əhəmiyyət kəsb edir.

Qeyd olunub ki, ölkədə fəaliyyət göstərən müxtəlif dini konfessiyaların milli məsələlərdə həmrəylik nümayiş etdirməsi cəmiyyətdəki birliyin, qarşılıqlı hörmət və etimad mühitinin təzahürüdür.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Ən son

GÜNDƏM

Bakıdakı müxtəlif kilsə və sinaqoqlarda, o cümlədən müxtəlif dini icmalarda Xocalı soyqırımı qurbanlarının ruhuna dualar

GÜNDƏM

Bakıdakı müxtəlif kilsə və sinaqoqlarda, o cümlədən müxtəlif dini icmalarda Xocalı soyqırımı qurbanlarının ruhuna dualar
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin