Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/24/2026

Paylaşın

İdman

Anatoli Banişevskinin anadan olmasının 80 illik yubileyi münasibətilə xatirə turniri keçirilib

Anatoli Banişevski

AFFA və Bakı Kəndlər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə əfsanəvi futbolçu Anatoli Banişevskinin anadan olmasının 80 illik yubileyi münasibətilə xatirə turniri keçirilib.

Baki-baku.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 14 yaşadək uşaqlar arasında təşkil olunan turnirdə Bakının kənd və qəsəbələrini təmsil edən 6 komanda mübarizə aparıb.

Dalğa Məşq Mərkəzində baş tutan final qarşılaşmasında “Atəşgah”ı (Suraxanı) 4:0 hesabı ilə məğlub edən “Binə” komandası turnirin qalibi olub.

Final matçından sonra mükafatlandırma mərasimi keçirilib. Qalib və mükafatçılar kubok, medal və diplomlarla təltif olunublar. Kubok qalib komandaya AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov və Bakı Kəndlər Futbol Federasiyasının prezidenti Vaqif Davudov tərəfindən təqdim edilib.

Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd Azərbaycan futbolunun parlaq simalarından olmuş mərhum Anatoli Banişevskinin xatirəsini yad etmək, eləcə də uşaqlar arasında futbolun kütləviliyini artırmaq və istedadlı futbolçuların üzə çıxarılmasına dəstək olmaqdır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxacaq.

Ən son

GÜNDƏM

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Molla Vəli Vidadi küçəsində diametri 560 millimetr olan içməli su xəttində

GÜNDƏM

Sabunçu rayonu, Zabrat qəsəbəsi, Molla Vəli Vidadi küçəsində diametri 560 millimetr olan içməli su xəttində
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin