Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/23/2026

Paylaşın

GÜNDƏM

Xətai rayonunda evlərin altında qalan magistral su xətti əvəzlənərək yeri dəyişdirildi

Xətai rayonu

Xətai rayonu, Rəşid Bağırov küçəsi 36 ünvanından keçən diametri 500 mm olan magistral su xəttinin və diametri 1200 mm olan dairəvi tullantı su kollektorunun üzərində fərdi yaşayış evinin yaratdığı izafi yüklənmə, eləcə də bu səbəbdən xətlərə vaxtlı-vaxtında texniki qulluğun göstərilməsinin mümkünsüzlüyü nəticəsində içməli su xəttində və tullantı kollektorunda baş verən qəza ilə əlaqədar içməli su xəttinin yenisi ilə əvəzlənməsi istiqamətində tikinti-bərpa işləri yekunlaşır.

Baki-baku.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadla xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin müvafiq strukturları tərəfindən 500 millimetrlik çuğun xəttin 100 metr hissəsi polietilen boru ilə əvəzlənərək yeri dəyişdirilib. Həmin xətdən qidalanan abonentlərin su təminatı bərpa edilib. Qəzalı vəziyyətdə olan evin altında qalan 100 və 150 millimetrlik köhnə polad borular da ləğv edilərək diametri 110 və 160 millimetrlik yeni polietilen borularla əvəz olunur. Hazırda quraşdırma işləri davam etdirilir.

Rəşid Bağırov küçəsində yaşayan sakinlərin abonent birləşmələri bərpa olunur.

Xüsusilə diqqətə çatdıraq ki, içməli su və tullantı su kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, eləcə də onların mühafizə zolağında hər hansı tikinti və ya qazıntı işlərinin aparılması qanunvericiliyə ziddir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Milli dövlətçilik, milli-mənəvi dəyərlər və ədəbiyyat tariximizdə qılıncla qələmin vəhdətində quran bir neçə qüdrətli sima vardır

Ən son

GÜNDƏM

Bakının Nizami rayonunun Naxçıvanski küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində işıqfor və yol nişanı ağacın

GÜNDƏM

Bakının Nizami rayonunun Naxçıvanski küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində işıqfor və yol nişanı ağacın
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin