Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/23/2026

Paylaşın

GÜNDƏM

WUF13 çərçivəsində Liderlərin Sammiti mayın 18-də keçiriləcək

WUF13

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Liderlərin Sammiti mayın 18-də keçiriləcək.

Baki-baku.az xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin substantiv məzmun üzrə meneceri (Substantive Content Manager) Cəmilə İsmayılzadə WUF13-ü işıqlandıracaq jurnalistlər üçün keçirilən məlumatlandırma sessiyasında bildirib.

Onun sözlərinə görə, artıq 10-dan çox dövlət başçısı bu tədbirdə iştirakını təsdiqləyib.

C.İsmayılzadə xatırladıb ki, WUF13 çərçivəsində Liderlər Sammitinin təşkili Azərbaycanın təşəbbüsüdür.

“WUF13-ün proqramı zəngin olacaq. Həmişə olduğu kimi nazirlik səviyyəsində görüşlər gözlənilir.

Qeyd etmək lazımdır ki, Azərbaycan COP29-dan sonra bu qədər miqyaslı BMT tədbirinə ev sahibliyi edən ölkə kimi bir neçə təşəbbüslə çıxış edib. Onlardan biri WUF forumu çərçivəsində ilk Liderlər Sammitinin keçirilməsidir.

Dövlət başçıları əvvəllər də bu forumlarda iştirak edirdilər, lakin yalnız az sayda və dəvət əsasında. Bakıda isə daha çox sayda ölkə rəhbərlərinin iştirakı gözlənilir. Onların sayı gündən-günə artır və bu, əvvəlki WUF göstəricilərini birmənalı şəkildə üstələyəcək”, – o bəyan edib.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Milli dövlətçilik, milli-mənəvi dəyərlər və ədəbiyyat tariximizdə qılıncla qələmin vəhdətində quran bir neçə qüdrətli sima vardır

Ən son

GÜNDƏM

Bakının Nizami rayonunun Naxçıvanski küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində işıqfor və yol nişanı ağacın

GÜNDƏM

Bakının Nizami rayonunun Naxçıvanski küçəsi ilə Qara Qarayev prospektinin kəsişməsində işıqfor və yol nişanı ağacın
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin