Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/19/2026

Paylaşın

GÜNDƏM

Ramazan – Qüdrətin, əzəmətin, İlahi hikmətin ayı

Ramazan, Ramazan ayı

“Sizə oruc tutmaq göstərişi verildiyi kimi, bizdən əvvəlkilərə də həmin göstəriş verilmişdir”

Ulu Tanrı niqabını Şərqdə qaldırdı, yer üzünü bircə “Ol!” kəlamından xəlq etdi. 124 min Peyğəmbəri, müqəddəs səma kitablarını Mələklərin qanadında yer üzünə endirdi. Dilindən, dinindən, irqindən asılı olmayaraq hər bir qövmün haqq yoluna gəlməsi, özünü dərk etməsi üçün elçilər göndərdi. Aylara, illərə, qərinələrə sığmayan əbədi sevginin ünvanı olan elçilər, Tanrıdan gələn müqəddəs kəlamlarla yer üzünü nura qərq etdi. Qopub gəldiyinə dönmək üçün insanlara doğru olan yolu göstərdi. On iki ayın sultanı Ramazanın adına yazılan Qurani-Kərim müqəddəsliyi yerlə göy arasında ən müqəddəs bağlardan birinə çevrildi.

“İlahi hikmətlər xəzinəsi Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müsəlmanlar bu ayda Allah və din qarşısında borclarını yerinə yetirmək fürsəti əldə edir, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının fərəhini, mənəvi-ruhi kamilliyin, nəfsin nəfəs üzərində qələbə sevincini yaşayırlar.”

Milli-mənəvi dəyərlərə tolerant duyğuları ilə seçilən, İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən biri olan Azərbaycanda milli-dini mərasimlər, o cümlədən, Ramazan bayramı hər il böyük təntənə ilə keçirilir, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilir, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman vətən övladlarının xatirəsi dərin ehtiramla yad olunur.

“Yeyin, için ta qara sap ağ sapdan seçilənəcən, sonra qaranlıq düşənəcən oruc tutun”

Müqəddəs Ramazan ayı müsəlmanlara hicrinin ikinci ili – 622-ci ildə Məhəmməd Peyğəmbər Əleyhissəlam tərəfindən təyin edilmişdir. İnsanlara Tanrını sevməyi, ona bağlanmağı öyrədən, onlara iradənin gücünü, xarakterin əyilməzliyini nümayiş etdirməyə imkan verən bu ay, insanları saflığa, paklığa yönəldir.

Qeyd edək ki, Ramazan ayının axırıncı on gecəsinin birində Qurani-Kərimin Mələklərin qanadında yer üzünə endirilmişdir. Bu səbəbdən də insanlar, onun şərəfinə Qədr gecələrində ibadət edir, bu lütfünə, mükafatına görə Tanrı qarşısında səcdəyə gedirlər. Deyilənə görə, bu hadisə Ramazan ayının 23-dən 24-nə keçən gecə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir. Bu gecə “Leylətul-Kadr” — qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: “Biz bu gecə həqiqətən qüdrət, əzəmət hədiyyə etmişik, bu gecə min aylardan da qüdrətlidir, mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəqin doğmasına qədər aləmdir, sülhdür”.

Məlumat üçün bildirək ki, Orucluq zamanı günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək yasaqdır. Bu qaydalardan yalnız uşaqlar, xəstələr, övlad gözləyən qadınlar, cəbhədə savaşanlar, yolçular-səyyahlar azad olunurlar. Orucluq Ramazan ayında təzə ay çıxandan başlayır və 29-30 gün davam edir. Bu barədə Qurani-Kərimdə qeyd edilir: “Yeyin, için ta qara sapın ağ sapdan seçilənəcən, sonra qaranlıq düşənəcən oruc tutun”.

Onu da qeyd edək ki, Orucluq islamdan qabaq da mövcüd olmuşdur. İstər ərəblər, istər də digər dinlərin daşıyıcısı olan millətlər də Tanrı xətrinə oruc tutmuşlar ki, bu barədə Qurani-Kərimdə buyrulur: “Sizlərə oruc tutmaq göstərişi verildiyi kimi, bizdən əvvəlkilərə də həmin göstəriş verilmişdir”. Orucluq pəhrizi qurtarmaq – “İd əl-Fitr” bayramı ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım edirlər. Fitrə edərkən bütün ailə üzvləri nəzərə alınır. 1993-cü ildən Ulu Öndər Heydər Əliyevin xüsusi sərəncamı ilə Ramazan bayramı dövlət səviyyəsində qeyd edilir.

Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Qazılar Şurasının bu il fevralın 17-də aldığı qərara əsasən bu il Ramazan ayı Fevralın 19-da başlanacaq Martın 20-də başa çatacaq. Novruz bayramı ilə eyni günə təsadüf edən Ramazan Bayramı insanlara bütövlüyün, İlahi eşqin, milli-dini birliyin sevincini eyni arada yaşadacaq. Qurani-Kərimin “əl-Bəqəra” surəsində buyrulur: “Məni yada salın, sizi yada salaram”. Ramazan ayı Qurani-Kərimin Mələklərin qanadında yer üzünə endirilib, Peyğəmbər Əleyhissəlamın ruhundan cücərdiyi ay olduğu kimi, həm də, Yaradanın yad edildiyi, yada salındığı aydır. Yad edək bizi Yaradanı. İlahi eşq, hüdudları məlum olmayan sonsuz sevgi ilə.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakının Xətai rayonu, Rəşid Bağırov küçəsi 36 ünvanında magistral su xəttində qəza olması səbəbindən evin altında çuxurlar yaranıb.

Ən son

GÜNDƏM

Bakı-Laçın reysi üzrə gedişhaqqı 16,10 AZN müəyyən edilib.

GÜNDƏM

Bakı-Laçın reysi üzrə gedişhaqqı 16,10 AZN müəyyən edilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin