Saat 09:30-da Xətai rayonu üzrə Babək prospektinin, Nizami rayonu üzrə B.Çobanzadə küçəsinin və NZS qəsəbəsində Yavər Səfərov küçəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Baki-baku.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatının dayandırılması qaz tənzimləyici qovşağın quraşdırılması ilə bağlıdır. Qaz təchizatı quraşdırma işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.