Sivilizasiyaların, mədəniyyətlərin beşiyi hesab olunan Asiya və Avropa qitəsinin adı çəkiləndə istər-istəməz onlar əhalisinin və ölkəsinin sayına görə öndə hesab olunur. “Dünyada ən çox ölkə hansı qitədə mövcuddur?” sualına cavab axtaranda isə yenə bu qitələr göz önünə gəlir. Coğrafiya elmindən xəbəri az olanlara elə gəlir ki, ən çox ölkə bulunan qitə Asiya qitəsidir.
Araşdırmalar sübut edir ki, əslində belə deyil. Dünyanın ən böyük qitəsi sayılan Asiyada dünyada məşhur olan, Birləşmiş Millətlər Təşkilatında tanınan 49 ölkə yerləşir. Asiyadan ərazi baxımından qat-qat kiçik olan, Türkiyənin və Rusiyanın da bir hissəsinin mövcud olduğu Avropada 51 ölkə var. Dünyada ən çox ölkəyə ev sahibliyi edən qitə isə heç kəsin ağlına gətirmədiyi Afrika qitəsidir. Şimali Amerikada 23, Cənubi Amerika 12 ölkə bulunur. 850 min kvadrat kilometr əraziyə malik olan, çoxsaylı adalar ölkəsi olan Okeaniyada 14 ölkə var. Buzlar diyarı olan Antarktida da isə insan sayından və ölkədən danışmaq mümkün deyil. Heç bir ölkəsi, əhalisi olmayan bu qitə rəsmi səviyyələrdə yalnız “Təbiətin şəhəri, Buzlaqların diyarı” kimi qəbul edilir. Otuz milyon km² ərazisi, 1 milyon 300 min əhalisi, eyni zamanda qaradərili insanları ilə məşhur olan, 54 ölkəsi ilə dünyaya səs salan qitə isə çoxlarının belə ağlına gətirə bilmədiyi Afrika qitəsidir. Maddi çətinlikləri, su və qida problemi ilə bu gün dünyanı düşündürən bu qitə həm də, vəhşi heyvanlar aləmi ilə ön sıradadır.
Şərəf Cəlilli