Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/10/2026

Paylaşın

GÜNDƏM

Bakının İslam Səfərli küçəsində işlər sürətlə davam etdirilir – FOTOLAR

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakı şəhərində piyada zonalarının yaradılması və geniş abadlıq-quruculuq işləri davam etdirilir.

Baki-baku.az Bakı Şəhər İcra Hakimiyyətinə istinadla xəbər verir ki, bu istiqamətdə icra olunan layihələrdən biri də paytaxt sakinləri və şəhərə gələn qonaqların sıx istifadə etdiyi ərazilərdən sayılan İslam Səfərli küçəsini əhatə edir.

Küçənin piyada yönümlü formata keçirilməsi məqsədilə hazırda intensiv işlər aparılır.

Bütün küçəboyu mövcud kommunikasiya xətləri tam yenilənib. İslam Səfərli küçəsi ərazisində abadlıq-quruculuq işləri davam etdirilir, həmin ərazidə piyada zonası yaradılır, küçənin əksər hissəsində beton örtüyü salınıb, yaşıllıq üçün xüsusi yerlər yaradılıb, işiq dirəklərinin quraşdırılmasına başlanılıb.

Küçənin böyük hissəsində daş döşəmələrin salınması işləri yekunlaşıb. Ayrı-ayrı hissələrdə artıq skamyalar quraşdırılıb, ümumi görünüş mərhələli şəkildə müasir piyada məkanına uyğunlaşdırılır. Bu işlər 1 kilometrdan çox ərazini əhatə edir.

Qeyd edək ki, həyata keçirilən bu layihə təkcə şəhər estetikasının yaxşılaşdırılmasına deyil, həm də piyadalar üçün daha rahat, təhlükəsiz və funksional mühitin formalaşdırılmasına yönəlib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar Şeyx Bahəddin Məhəmməd

Ən son

GÜNDƏM

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakı şəhərində piyada zonalarının yaradılması və geniş abadlıq-quruculuq

GÜNDƏM

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakı şəhərində piyada zonalarının yaradılması və geniş abadlıq-quruculuq
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin