Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 02/07/2026

Paylaşın

GÜNDƏM

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Vətən uğrunda canından keçən qəhrəman gizir Mübariz İbrahimovun doğum günüdür.
Mübariz Ağakərim oğlu İbrahimov 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində dünyaya göz açıb. Uşaqlıq illərindən vətənpərvər ruhda böyüyən Mübariz 1994-cü ildə şəhid M.Piriyevin adını daşıyan Əliabad kənd orta məktəbində təhsil almağa başlayıb və 2005-ci ildə orta təhsilini başa vurub.
Həmin ildə həqiqi hərbi xidmətə çağırılan Mübariz İbrahimov xidmətini Daxili Qoşunların xüsusi təyinatlı bölüyündə keçirib. 2007-ci ildə çavuş rütbəsi ilə ordudan tərxis olunub. Lakin Vətənə olan sevgisi onu yenidən hərbi xidmətə qaytarıb. 2009-cu ildə gizir rütbəsində ordu sıralarına qayıdan Mübariz öz arzusu ilə cəbhə bölgəsində xidmət etməyə başlayıb.
2010-cu il iyunun 19-da gecə saatlarında Mübariz İbrahimov düşmən mövqelərinə qarşı təkbaşına hücuma keçib. Gözlənilməz həmlə ilə Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsinə ağır zərbə endirib. Beş saatdan artıq davam edən qeyri-bərabər döyüşdə böyük rəşadət göstərən qəhrəman gizir səhər saatlarında şəhidlik zirvəsinə ucalıb.
Onun misilsiz şücaəti Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Mübariz İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bu yüksək ad ona ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi fədakarlığa görə təqdim olunub.
Bu gün Mübariz İbrahimovun adı ölkəmizin müxtəlif bölgələrində əbədiləşdirilib. Biləsuvar şəhərində lisey-məktəb kompleksi və küçə onun adını daşıyır. Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunan “İstiqlal” snayper tüfənginin bir modeli “Mübariz” adlandırılıb. Sumqayıtda küçələrdən birinə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə heykəlinə onun adı verilib. Kanadanın paytaxtı Ottavada yerləşən Minto Parkında da qəhrəmanımızın xatirəsi əbədiləşdirilib.
Mübariz İbrahimov təkcə bir hərbçi deyil, vətənə sədaqətin, cəsarətin və fədakarlığın rəmzidir. Onun həyat yolu gənc nəsil üçün örnək, Azərbaycan xalqı üçün isə qürur mənbəyidir.
Doğum günündə Milli Qəhrəmanımızın əziz xatirəsi dərin ehtiramla yad olunur. Ruhun şad olsun, Mübariz! Vətən səni heç vaxt unutmayacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İlisu sultanlığı XVI əsrin ikinci yarısından XIX əsrin ortalarına qədər Azərbaycanın şimal-qərbində mövcud olmuş mühüm feodal-siyasi qurumlardan biri

Ən son

GÜNDƏM

Baki-Baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb

GÜNDƏM

Baki-Baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin