Bakıda 2 gün müşahidə olunan güclü külək şəhərin bir sıra ərazilərində fəsadlara yol açıb. Belə ki, Lökbatan yolu istiqamətində əsən şiddətli külək nəticəsində bir neçə yol nişanının aşması sürücülər üçün çətinlik yaradıb.
Baki-baku.az xəbər verir ki, yol hərəkətinin intensiv olduğu bu ərazidə nişanların yerindən çıxması nəqliyyatın hərəkətində müəyyən problemlərin yaranmasına gətirib çıxarıb, bəzi sürücülər məcburən sürəti azaltmalı olub.
Yol nişanları sadəcə məlumatverici elementlər deyil, sürücülərin təhlükəsiz və rahat hərəkətini təmin edən əsas amillərdən biri olduğu üçün fəsadın tezliklə aradan qaldırılması mühüm əhəmiyyət daşıyır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət ünvanlasaq da, sorğumuz cavabsız qaldı.