Sosial şəbəkələrdə Bakının Xaqani bağında yerləşən fəvvarədə naqilin izolyasiya lenti ilə bağlanmasına dair video görüntülər yayılıb. Sosial şəbəkə istifadəçiləri bunun ətrafdakı insanlar üçün təhlükə yaradacağı barədə fikirlər səsləndiriblər.
Baki-baku.az məsələ ilə bağlı Bakı Abadlıq Xidmətinə sorğu ünvanlayıb.
Xidmətdən bildirilib ki, video görüntüdə yerl alan problem dərhal aradan qaldırılıb.
Qeyd edilib ki, video yeni paylaşılsa da, köhnədir. Həmçinin paylaşımda qeyd edilən təhlükə barədə fikirlər həqiqəti əks etdirmir. Fəvvarənin içərisində voltaj yoxdur. Yalnız işıqlarla əlaqədar olan 12 volta qədər gərginlik isə qısaqapanma ilə insan həyatı üçün təhlükə yaratmağa qadir deyil.