Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/29/2026

Paylaşın

GÜNDƏM

Metroda sıxlığın qarşısını almaq üçün 11 müvəqqəti avtobus xətti yaradılacaq

Metro

Bakıda metro şəbəkəsində aparılan yenidənqurma və xəttlərin şaxələndirilməsi dövründə sərnişin daşınmasının fasiləsiz təmin edilməsi məqsədilə alternativ avtobus marşrutları təşkil ediləcək.

Baki-baku.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

Onun sözlərinə görə, bəzi istiqamətlərdə sərnişinlərin əlavə keçid etməsi və nəqliyyat dəyişməsi zərurəti yarana bilər ki, bu da metro daxilində sıxlığa səbəb ola bilər.

“Əgər sərnişin axını düzgün tənzimlənməsə, metronun daxilində sıxlıq yaranacaq və qatarların hərəkət intervalını azaltmaq mümkün olmayacaq. Buna görə alternativ nəqliyyat həlləri tətbiq edirik”, – deyə A.Rzayev qeyd edib.

Sədr bildirib ki, aparılan hesablamalara əsasən, müəyyən sərnişin axınının müvəqqəti olaraq avtobuslarla daşınması planlaşdırılır. Bu məqsədlə 11 müvəqqəti avtobus xətti yaradılacaq.

“Bu marşrutlar əsasən “Nizami–28 May”, eləcə də “Əcəmi–28 May” kimi intensiv istiqamətlər üzrə əlaqəni təmin edəcək.

Metronun fəaliyyətində yarana biləcək məhdudiyyətləri avtobuslar kompensasiya edəcək”, – deyə o əlavə edib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri

Ən son

İdman

1904-cü il Sent-Luis Olimpiadasının marafonu dünya idman tarixinin ən qəribə, ziddiyyətli və həqiqətən narahatedici epizodlarından

İdman

1904-cü il Sent-Luis Olimpiadasının marafonu dünya idman tarixinin ən qəribə, ziddiyyətli və həqiqətən narahatedici epizodlarından
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin