Operanın qısa məzmunu
Mikelenin barjı Parisdə – Sena çayında lövbər salmışdır. Mikelenin gənc arvadı Jorjetta artıq onu sevmir. Bu hadisə onların körpəsinin ölümündən sonra baş vermişdir. İndi o gizlicə Mikele üçün çalışan liman fəhləsi Luidjiyə vurulmuşdur. Mikele gecələr yatmağa gedəndə o kibrit yandıraraq Luidjiyə siqnal verir. Luidji onunla görüşmək üçün barjın göyərtəsinə qalxır.
Təsadüfən Mikele adəti üzrə olduğundan bir az tez qayıdır. O itirilmiş məhəbbəti haqqında acı-acı düşünür və qəlyan çəkmək üçün kibrit yandırır. Luidji səhvən bu siqnalın Jorjetta tərəfindən verildiyini güman edir və gizlicə barja daxil olur. Mikele Luidjinin gəlişinə təəcüblənir. O fəhləni öz məhəbbətini etiraf etməyə məcbur edir və sonra yavaşca onu boğaraq öldürür. Jorjetta Luidjinin gəlməməsindən narahat olaraq öz kayutundan çıxır. O ərini görür və ondan soruşur: “məgər sən bizim bir yerdə olmağımızı istəmirsən?” “Mənim plaşım altında?» – deyə Mikele soruşur. “Bəli”, – deyə qadın cavab verir: “Sən bir vaxt söyləmişdin ki, hamı plaş geyinir və plaş bəzən sevinci, bəzən isə kədəri ört-basdır edir”.