Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/14/2026

Paylaşın

GÜNDƏM

Səbail rayonunda məhv edilən yaşıllıq ərazi əvvəlki vəziyyətinə qaytarıldı – EKSKLÜZİV

Yaşıllıq ərazi

Bakının Səbail rayonu ərazisində yaşıllıq ərazinin məhv edilməsi ilə bağlı fakt aşkarlanıb. Belə ki, Niyazi küçəsi 5 ünvanında yerləşən yaşıllıq sahə sahibkar tərəfindən dağıdılıb, əvəzinə daş örtük döşənib.

Baki-baku.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları dərhal əraziyə baxış keçirib və qanunsuz müdaxilə aradan qaldırılıb. Görülən tədbirlər çərçivəsində məhv edilən yaşıllıq sahəsi bərpa olunub, əraziyə yeni ağaclar əkilib, torpağın münbitliyinin artırılması məqsədilə aqrotexniki qulluq işləri həyata keçirilib.

Qeyd edək ki, torpaq qatına qazon örtüyünün döşənməsi də nəzərdə tutulub. Bu tədbirlər ərazinin əvvəlki ekoloji vəziyyətinin bərpasına, həmçinin şəhər mühitində yaşıllıq balansının qorunmasına xidmət edir.

Bakı Şəhər İcra Hakimiyyəti bir daha bildirir ki, paytaxt ərazisində yaşıllıqların qanunsuz şəkildə məhv edilməsinə qarşı mütəmadi nəzarət həyata keçirilir və bu kimi hallara yol verən şəxslərlə bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.

Şəhərin ekoloji mühitinin qorunması və yaşıllıq sahələrinin artırılması istiqamətində işlər davamlı xarakter daşıyır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış

Ən son

TARİX

Az adam bilir ki, bu gün Rəşid Behbudov adına Mahnı Teatrının yerləşdiyi binada vaxtilə Bakı

TARİX

Az adam bilir ki, bu gün Rəşid Behbudov adına Mahnı Teatrının yerləşdiyi binada vaxtilə Bakı
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin