Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/06/2026

Paylaşın

GÜNDƏM

Bayram günlərində Bakı üzrə təcili tibbi yardım xidmətinə 14 mindən çox çağırış daxil olub

Təcili tibbi yardım, TƏBİB

Bayram günlərində (dekabrın 31-dən yanvarın 5-dək) təcili tibbi yardım xidmətinə ümumilikdə, 27 min 779 çağırış daxil olub.

TƏBİB-dən Baki-baku.az-a verilən məlumata görə, onlardan 14 min 449-u Bakı, 13 min 330-u isə bölgələr üzrə qeydə alınıb.

Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən ümumilikdə 2 193 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. Hospitalizasiya olunanlardan 1 077-si Bakı, 1 116-sı isə bölgələr üzrə olub.

Qeyd edək ki, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə ən çox çağırış 2026-ci il yanvarın 1-də Bakı şəhəri üzrə qeydə alınıb. Qeyd olunan tarixdə müraciət sayı gün ərzində 3 101 təşkil edib ki, bu da son illərin müraciət sayı ilə müqayisədə rekord göstərici hesab olunur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda yanvarın 8-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ən son

TARİX

Buna baxmayaraq, 1877-ci ildə Lüdviq Nobelin layihəsi və konstruktor Sven Almkvisitin iştirakı ilə dünyada ilk

TARİX

Buna baxmayaraq, 1877-ci ildə Lüdviq Nobelin layihəsi və konstruktor Sven Almkvisitin iştirakı ilə dünyada ilk
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin