Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtın bir sıra ərazilərində yeni nəqliyyat və piyada işıqforları quraşdırılıb.
Baki-baku.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla xəbər verir ki, yeni işıqforlar Xətai rayonu, Zığ şosesi ilə İnqilab İsmayılov küçəsinin kəsişməsində, Xətai rayonu, “NSZ” qəsəbəsi, RəşidBağırov küçəsi ilə Oktay Vəliyev küçəsinin kəsişməsində və Nərimanov rayonu, Azad Hümbətov küçəsi ilə Zaur Nudirəliyev küçəsinin kəsişməsində istifadəyə verilib.
Görülən işlər nəticəsində yol hərəkəti iştirakçılarının təhlükəsizliyi təmin edilib.
