Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/02/2026

Paylaşın

GÜNDƏM

Bakının daşınmaz əmlak bazarı: Qiymət artımı, risklər və doğru seçim – ARAŞDIRMA

IMG-20260102-WA0011

Paytaxt Bakıda daşınmaz əmlak bazarı sabit aktivlik nümayiş etdirməkdə davam edir.

2023-cü ildə nisbi sabitləşmədən sonra paytaxtda mənzil qiymətləri yenidən artmağa başlayıb. Artımın əsas səbəbləri keyfiyyətli yaşayış sahələrinə yüksək tələbat, şəhər infrastrukturunun inkişafı və ipoteka kreditləşməsi imkanlarının genişlənməsidir. Bundan əlavə mənzil alışı artıq yeni biznes üsuluna çevrilib. Belə ki, alınan mənzil estetik formada təmir edilir və kirayə verilərək gəlir mənbəyinə çevrilir. Azərbaycanın rayonlardan paytaxta axını nəzərə alsaq, bu biznes hazırda daha da genişlənir. Bütün bunlara baxmayaraq, insanlar artan kirayə qiymətləri fonunda mənzil əldə etməyi daha uyğun həll kimi görürlər.

Baki-baku.az bu yazıda paytaxtda əmlak bazarında evlərin qiyməti və mənzil alarkən diqqət edilməli məqamları araşdırıb.

Bakıda mənzil qiymətləri

Bakıda yeni tikililərdə mənzillərin hər kvadratmetrinin qiyməti yerləşdiyi rayondan, mərkəzə yaxınlığından və yaşayış kompleksinin sinfindən asılı olaraq ciddi şəkildə dəyişir:

İçərişəhər, Dənizkənarı Milli Park (Bulvar) və ona bitişik ərazilərdə hər m² üçün 3500–4500 AZN təşkil edir. Bu ərazilər yüksək likvidliyi və sabit tələbi ilə seçilir.

Neftçilər prospekti, Azadlıq, Nərimanov və Yasamal rayonları hər m² üçün 2800–3800 AZN-dir ki, bu ərazilər həm şəxsi yaşayış, həm də kirayə məqsədilə populyardır.

Xətai, Binəqədi, Sabunçu rayonları və Abşeron istiqamətinin bir hissəsi hər m² üçün 2500–3200 AZN-dir. Bu rayonlar daha əlverişli qiymətləri və orta müddətli perspektivdə dəyər artımı potensialı ilə cəlbedicidir.

Büdcəmizə uyğun mənzili necə əldə edə bilərik?

Bakıda daimi yaşayış üçün mənzil qiyməti orta göstəricidən yüksək olsa belə, artıq formalaşmış sosial və nəqliyyat infrastrukturu olan rayonları seçmək daha məqsədəuyğundur. Belə obyektlər uzunmüddətli perspektivdə likvidliyini qoruyur və rahat yaşayış təmin edir.

Kirayə məqsədli investisiyalar baxımından isə Bakının inkişaf etməkdə olan ərazilərində yerləşən yeni yaşayış kompleksləri maraq doğurur. Burada mənzillərin kirayə haqlarının nisbətən daha aşağı olması diqqət çəkir və insanların bu ərazilərdə məskunlaşması, həm də ictimai iaşə obyektlərinin, yeni biznes yerlərinin buraya axınına səbəb olur.

Həmçinin yaşayış binalarında mənzillərin çıxarış sənədlərinin olmasına, kommunal infrastrukturun mövcudluğuna və tikintinin keyfiyyətinə xüsusi diqqət yetirmək vacibdir.

Xüsusən də likvidliyi zəif olan rayonlarda lazımi yoxlama aparılmadan, aşağı qiymətə mənzil alınması gələcəkdə əlavə xərclərə və problemlərə səbəb ola bilər.

Ümumilikdə, Bakının daşınmaz əmlak bazarı dinamik və rəqabətlidir. Rayonun və binaların imkanlarının düzgün qiymətləndirilməsi paytaxtda qiymət artımı fonunda doğru qərarlar verməyə imkan yaradır.

Murad Muxtarov

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda yanvarın 2-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Ən son

GÜNDƏM

Bakıda yanvarın 3-də havanın əsasən yağmursuz olacağı, bəzi rayonlarda isə qar yağacağı gözlənilir.

GÜNDƏM

Bakıda yanvarın 3-də havanın əsasən yağmursuz olacağı, bəzi rayonlarda isə qar yağacağı gözlənilir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin