Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 01/01/2026

Paylaşın

GÜNDƏM

Sabah sulu qar yağacaq

Sulu qar yağacaq, Sulu qar

Azərbaycanda yanvarın 2-də gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

Baki-baku.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin gün ərzində arabir yağıntılı olacağı gözlənilir. Günün birinci yarısında yarımadanın bəzi yerlərində yağıntının intensivləşəcəyi, yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 1-3°, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85% olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti

Ən son

GÜNDƏM

Bakıda qəzalı binaların sayı və bu sahədə görülən işlər məlum olub.

GÜNDƏM

Bakıda qəzalı binaların sayı və bu sahədə görülən işlər məlum olub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin