Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/30/2025

Paylaşın

GÜNDƏM

“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

"Azəriqaz"

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Baki-baku.az “Azəriqaz”a istinadla xəbər verir ki, bayram günlərində Birliyin Müştəri əməliyyatları şöbəsinin əməkdaşları 31 dekabr və 2026-ci il yanvar ayının 01-03 tarixlərində fəaliyyət göstərəcək.

Xidmət Bakı (yeni ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əliağa Şıxlinski küçəsi, giriş 55) və Sumqayıt Regional Qaz İstismar İdarələri (RQİİ) inzibati binalarında, eləcə də Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində təşkil olunacaq.

Bakı RQİİ-nin inzibati binasında 31.12.2025 – 04.01.2026-cı il tarixlərində saat 10:00-dan 17:00-dək, həmçinin Sumqayıt RQİİ-nin inzibati binasında, Abşeron, Qaradağ və Xəzər Xidmət sahələrində 31.12.2025 – 03.01.2026-cı il tarixlərində saat 10:00-dan 17:00-dək abonentlərə xidmət göstəriləcək. Eləcə də Bakı RQİİ-nin bütün xidmət sahələrində, eynilə bölgələrdə də növbəlilik tətbiq etməklə Birliyin müvafiq sayda əməkdaşları iş başında olacaqlar.

31.12.2025-04.01.2026-cı il tarixlərində “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində qeyri-iş günüdür.

Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 7/24 fəaliyyət göstərən 104 Çağrı Mərkəzinə məlumat versinlər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İran dronlarından biri Naxçıvan Muxtar Respblikasında məktəbin yaxınlığında partlayıb.

Ən son

GÜNDƏM

Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar.

GÜNDƏM

Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin