Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/29/2025

Paylaşın

GÜNDƏM

Türk Dil Qurumu “İlin sözü”nü seçdi

Türk Dil Qurumu, "İlin sözü", "Rəqəmsal vicdan"

Türk Dil Qurumu tərəfindən ictimai iştirak yolu ilə 2025-ci ilin sözü (anlayışı) seçilib.

Baki-baku.az “TRT Haber”-ə istinadən xəbər verir ki, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosial media hesabında ilin sözünü elan edib.

“Türk Dil Qurumu tərəfindən ictimaiyyətin iştirakı ilə müəyyən edilən 2025-ci ilin sözü (anlayışı) “Rəqəmsal vicdan” olub.

Prosesdə təxminən 300 000 səs verilib. Seçilən “Rəqəmsal vicdan” sözü fərdi və ictimai həssaslığımızı əks etdirən güclü bir qavrayış kimi qəbul olunur.

Nazir paylaşımında bildirib: “Bu mənalı işə verdikləri töhfələrə görə Türk Dil Qurumu, Ankara Universitetinə, Ünsiyyət Tədqiqat və Tətbiq Mərkəzinə (ILAUM) və qiymətləndirmə komitəsində yer alan dəyərli akademiklərə və mütəxəssislərə təşəkkür edirəm”.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin