Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/26/2025

Paylaşın

GÜNDƏM

Leyla Əliyeva “YAŞA” Mərkəzində yaşlı nəslin nümayəndələri ilə görüşüb

Leyla Əliyeva “YAŞA” Mərkəzində, Leyla Əliyeva, “YAŞA” Mərkəzi

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İçərişəhərdə yerləşən “YAŞA” Mərkəzində yaşlı nəslin nümayəndələri ilə görüşüb.

Mərkəzdə yaşlı insanlar müxtəlif əl işləri, dekorativ-tətbiqi sənət nümunələri və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olur, onlar üçün mütəmadi olaraq maarifləndirici və mədəni tədbirlər təşkil edilir.

Baki-baku.az xəbər verir ki, Leyla Əliyeva yaşlılarla səmimi söhbət edib, səsləndirdikləri şeirləri dinləyib, onların hazırladıqları əl işlərinə baxıb, məşğələlərin məzmunu və Mərkəzin gələcək fəaliyyət planları barədə məlumat alıb.

Qeyd edək ki, yaşlı insanların fəal, sağlam və mənalı həyat sürməsini dəstəkləmək üçün “YAŞA” Mərkəzləri şəbəkəsi formalaşdırılıb. Hazırda bu mərkəzlər təkcə Bakıda deyil, eyni zamanda Mingəçevir və Şamaxı şəhərlərində də fəaliyyət göstərir, müxtəlif regionlarda yaşayan ahıllar üçün sosiallaşma, öyrənmə və fəal həyat imkanları yaradır.

Leyla Əliyeva, “YAŞA” Mərkəzi

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Milli Hidrometeorologiya Xidmətindən Baki-baku.az -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq

Ən son

GÜNDƏM

Baki-baku.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb

GÜNDƏM

Baki-baku.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin