2025-ci təqvim ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2 857 vakansiya təqdim olunub.
Bu barədə Baki-baku.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Qeyd edilib ki, müsabiqələr nəticəsində təqvim ili ərzində 2 338 nəfər işə qəbul edilib.
Bunlardan 802 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində, 980 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində işə qəbul edilib. Daha 292 nəfər optimallaşma nəticəsində (Qarabağ və Şərqi Zəngəzur regional təhsil İdarələrinin tabeliyində olan və fəailiyyəti dayandırılan məktəblərin müəllimlərinin yerləşdirilməsi), 264 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerini dəyişməsi nəticəsində işlə təmin edilib.
Həmçinin il ərzində ümumi təhsil müəssisələrinə işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 350 nəfərə yaxın ixtisaslı kadr dəvət edilib.