Bu il Bakıda 52 məzun qızıl və gümüş nişana layiq görülüb.
Bu barədə Baki-baku.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, İdarənin tabeliyindəki təhsil müəssisələrini 2025-ci ildə 52 məzun qızıl və gümüş nişanla başa vurub.
Belə ki, paytaxt məktəblərinin XI sinif məzunlarından 42-si qızıl, 10-u gümüş nişana layiq görülüb.