Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/18/2025

Paylaşın

GÜNDƏM

İslam Səfərli küçəsində işlər sürətlə davam edir – FOTOLAR

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakı şəhərində piyada zonalarının (dəhlizlərinin) yaradılması və genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir.
Baki-baku.az xəbər verir ki, bu istiqamətdə həyata keçirilən layihələrdən biri də şəhər sakinləri və qonaqların ən çox üz tutduğu məkanlardan sayılan İslam Səfərli küçəsini əhatə edir. Küçənin piyada yönümlü formata keçirilməsi məqsədilə aparılan işlər hazırda aktiv mərhələdədir.
Layihəyə uyğun olaraq, İslam Səfərli küçəsində daş döşəmələrin salınması işləri icra olunur. Bununla yanaşı, ərazidə kommunal infrastrukturun yenilənməsi də paralel şəkildə həyata keçirilir. Vaxtilə xaotik avtomobil axını ilə seçilən və piyadalar üçün əlverişsiz olan küçə hazırda komfortlu və müasir piyada məkanına çevrilir.
Qeyd edək ki, küçənin digər küçələrlə kəsişdiyi ərazilərdə avtomobillər üçün xüsusi təhlükəsiz keçidlər yaradılacaq. Mövcud parklanma yerləri əlçatanlıq qorunmaqla kəsişən küçələrə köçürüləcək, eyni zamanda əlavə parklanma yerləri təşkil olunacaq. Layihə çərçivəsində operativ və kommunal xidmət avtomobillərinin küçəyə daxil olması üçün də müvafiq şərait yaradılması nəzərdə tutulur.
Görülən işləri əks etdirən fotoları izləyicilərimiz üçün təqdim edirik.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu istiqamətdə həyata keçirilən layihələrdən biri də şəhər sakinləri və qonaqların ən çox üz

Ən son

GÜNDƏM

Bu sözləri Baki-baku.az-a müsahibəsində qısa zamanda məşhurlaşan və açıldığı gündən bəri inanılmaz dadlı keyfiyyəti saxlayan

GÜNDƏM

Bu sözləri Baki-baku.az-a müsahibəsində qısa zamanda məşhurlaşan və açıldığı gündən bəri inanılmaz dadlı keyfiyyəti saxlayan
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin