Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 12/05/2025

Paylaşın

GÜNDƏM

BDYPİ yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

WhatsApp Image 2025-12-05 at 09.17.34

“Hazırda respublika ərazisində müşahidə edilən yağışlı və çiskinli hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir. Belə hava şəraitində yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və tormoz məsafəsinin uzanması sürücülər və piyadalar üçün əlavə çətinliklər yaradır”.

Baki-baku.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə müraciətində bildirilib.

BDYPİ sürücülərə müraciət edərək hava və yol şəraitinə uyğun olaraq ehtiyatlı hərəkət etməyi, sürət həddini azaltmağı, ara məsafəsini artırmağı və avtomobilin texniki sazlığını – xüsusilə işıq cihazları və şüşəsilənləri – yoxlamağı xatırladır:

“Eyni zamanda, piyadalar da belə hava şəraitində daha diqqətli olmalı, yalnız müəyyən edilmiş keçidlərdən istifadə etməli, səki ilə hərəkət etməli və mümkün qədər açıq rəngli, işıq əks etdirici elementləri olan geyimlərə üstünlük verməlidirlər. Bu, onların yolda daha tez görünməsini və təhlükəsiz hərəkətini təmin edir.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarını ehtiyatlı olmağa, qaydalara əməl etməyə və hər addımda təhlükəsizliyi seçməyə çağırır”.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə media nümayəndələrinin səfəri baş tutub.

Ən son

GÜNDƏM

Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün 9 dekabr tarixində

GÜNDƏM

Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün 9 dekabr tarixində
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin