“Sabah” Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazanıb.
Baki-baku.az xəbər verir ki, “bayquşlar” 1/8 finalda “İmişli”yə 2:1 hesabı ilə qalib gəlib.
Paytaxt təmsilçisi 1/4 finalda “Qəbələ” – “Şəfa” cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsi dekabrın 4-də başa çatacaq. Daha əvvəl “Turan Tovuz” “Şahdağ Qusar”ı (2:1), “Zirə” əlavə vaxtda “Neftçi”ni (1:0), “Şamaxı” isə “Baku Sportinq”i (1:0) məğlub edib.