Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/26/2025

Paylaşın

GÜNDƏM

AzTV-də yeni sənədli film – “Birinci Türkoloji Qurultay”

“Birinci Türkoloji Qurultay”

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində yeni sənədli film hazırlanaraq tamaşaçılara təqdim olunub.

Baki-baku.az xəbər verir ki, “Anın tarixi” layihəsi çərçivəsində hazırlanan film-hekayə “Birinci Türkoloji Qurultay” adlanır.

Filmdə ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisə olan Birinci Türkoloji Qurultaydan bəhs edilir. Qurulayda keçmiş Sovetlər İtifaqında yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı bir sıra mühüm və əhəmiyyətli qərarlar qəbul edilib, latın qrafikalı əlifbaya keçidin elmi-metodik istiqamətləri əsaslı şəkildə işlənib hazırlanıb. 1926-cı ildə Bakıdakı İsmailiyyə Sarayında keçirilən qurultayda 93-ü türk, 38-i digər millətlərin nümayəndələri olmaqla 131 nəfərin iştirak edib.
Filmdə Birinci Türkoloji Qurltay günlərindadə baş verən hadisələr bədii və sənədli təsvirlərlə əks etdirilib.

Filmin ssenari müəllifi Səxavət Sahil, qurluşçu rejissoru Ramina Qarayeva, baş prodüseri, Xalq artisti Ramiz Həsənoğludur.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Bakı Metropoliteni" QSC sərnişin tələbatının qarşılanması və məmnunluğunun artırılması məqsədilə "Bənövşəyi" xətdə qatarların hərəkət intervalını ilk dəfə 5

Ən son

GÜNDƏM

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində yeni sənədli film hazırlanaraq tamaşaçılara təqdim olunub.

GÜNDƏM

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətində yeni sənədli film hazırlanaraq tamaşaçılara təqdim olunub.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin