Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/22/2025

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib

4F0A0416-1B41-4DBD-83BE-801D291D6D03

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində “Scandens Pharmaceutical Industries Ltd” MMC-nin dərman preparatları istehsalı müəssisəsinin açılışında iştirak edib.

Baki-baku.az AZƏRTAC-a istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və baş direktor Kamran Həsənov dövlətimizin başçısına müəssisə barədə məlumat veriblər.

Beynəlxalq standartlara uyğun layihələndirilən müəssisə Almaniya, İsveçrə və İtaliyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunub. İl ərzində müəssisədə antibiotiklər, diabetologiya, hepatologiya, kardiologiya, andrologiya, allerqologiya və qastroenterologiya sahələrinə aid təxminən 800 milyon ədəd tablet və kapsul dərman preparatı istehsal olunacaq. İstehsal olunan məhsullar həm daxili bazara çıxarılacaq, həm də gələcəkdə ixrac ediləcək. Müəssisədə 120 iş yeri yaradılıb.

Dəyəri 74 milyon manat olan layihə özəl investisiya hesabına həyata keçirilib. Şirkət İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş investisiya təşviqi sənədi hesabına idxal olunan avadanlıqlara görə 6.5 milyon manat güzəşt əldə edib.

Müəssisənin fəaliyyətə başlaması Azərbaycanın əczaçılıq sənayesində yeni inkişaf mərhələsi kimi qiymətləndirilir. Burada xammaldan hazır məhsula qədər dərman preparatlarının istehsalının bütün mərhələləri həyata keçiriləcək. Yeni müəssisə ölkəmizdə əczaçılıq sənayesinin inkişafına və yerli istehsalın güclənməsinə töhfə verəcək. Yerli və beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli məhsulların istehsalı ölkəmizin ixrac imkanlarını da genişləndirəcək.

Müəssisə, eyni zamanda, əczaçılıq sahəsində peşəkar kadrların hazırlanması və əməli bacarıqların inkişafı üçün baza rolunu oynayacaq. “Scandens Pharmaceutical Industries Ltd” MMC, Azərbaycan Tibb Universiteti, Macarıstanın Peç Universiteti və “Panon Pharma” şirkəti arasında imzalanmış dördtərəfli Memorandum çərçivəsində burada əczaçı və qeyri-əczaçı ixtisasları üzrə qısa və uzunmüddətli təlim və təcrübə proqramlarının həyata keçirilməsi nəzərdə tutulub.

Prezident İlham Əliyev müəssisəni işə salıb.

Müəssisənin damında ümumi gücü 450 kVt/saat olan 710 ədəd Günəş paneli quraşdırılıb ki, enerji sərfiyyatının, təxminən, 40 faizi bu panellər vasitəsilə ödənəcək.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, əvvəlcə IDEA İctimai Birliyi tərəfindən Lənkəran rayonunda meşə ərazisində "Yaşıl Marafon" çərçivəsində ağacəkmə aksiyası

Ən son

GÜNDƏM

Beynəlxalq standartlara uyğun layihələndirilən müəssisə Almaniya, İsveçrə və İtaliyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz

GÜNDƏM

Beynəlxalq standartlara uyğun layihələndirilən müəssisə Almaniya, İsveçrə və İtaliyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin