Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/22/2025

Paylaşın

GÜNDƏM

Şair, qəzəlxan Arif Buzovnalı vəfat edib

3741677C-B79A-4A07-B67E-41B3C4C188E3

Şair, qəzəlxan Arif Buzovnalı vəfat edib.
Baki-baku.az xəbər verir ki, şair bu gün yaşadığı evdə dünyasını dəyişib.

Qeyd edək ki, Arif Buzovnalı 1972-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub. 1979-89-cu illərdə Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbdə təhsil alıb. 1990-cı ildə hərbi xidmətə yollanıb və 1992-ci ildə Sovet ordusunda (sonradan MDB ordusunda) xidmətini başa vurub. 1993-cü ildə Azərbaycan Pedaqoji İnstitutuna qəbul olunsa da, təhsilinə başlamadan könüllü şəkildə Qarabağ cəbhəsinə gedib və atəşkəsə qədər – 1994-cü il 1 mayadək – Əzizbəyov adına könüllülər batalyonunda döyüşüb. 1987-ci ildə “Pioner” jurnalına göndərdiyi “Vahidə bənzətmə” şeiri jurnalın konsepsiyasına uyğun olmadığı üçün dərc edilməsə də, həmin şeir 1991-ci ildə “Azərbaycan Gəncləri” qəzetində işıq üzü görüb.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Diri Baba türbəsi Azərbaycan memarlığının ən özünəməxsus nümunələrindən biridir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin