Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/22/2025

Paylaşın

GÜNDƏM

Leyla, Arzu və Alyona Əliyevalar Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar

28B59E41-D566-4CF5-BDE1-F25F128F1126

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Lənkəranda “Citrus Valley” fermer təsərrüfatına baxış keçiriblər.

Baki-baku.az xəbər verir ki, təsərrüfatın sahibi Rəftarə Şükürova Azərbaycanın ilk aqro-qastro-eko turizm məkanlarından biri olan “Citrus Valley”in yalnız 2024-cü il ərzində 15 mindən çox turist qəbul etdiyini bildirib.

Burada qonaqlar üçün kənd təsərrüfatı proseslərini, xüsusilə meyvə yığımını izləmək, yerli mətbəxin təamlarını dadmaq və onların hazırlanmasını öyrənmək üçün ustad dərslərində iştirak etmək, eləcə də ətraf mühitlə yaxından tanış olmaq imkanı mövcuddur.

Leyla, Arzu və Alyona Əliyevalar fermer təsərrüfatında yaradılan şəraitlə yaxından tanış olub, məhsullara baxış keçirib, burada çalışan əməkdaşlarla səmimi söhbət edib və onlara fəaliyyətlərində uğurlar arzulayıblar. Sonda təsərrüfatın kollektivi ilə xatirə foto şəkilləri çəkdirilib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

27 iyul 2026-cı il tarixində ICESCO-nun Bakıdakı Regional Ofisində Süni İntellekt və Strateji Proqnozlaşdırma Mərkəzi (CFAI) tərəfindən təşkil

Ən son

GÜNDƏM

28 iyul 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil

GÜNDƏM

28 iyul 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin