Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/19/2025

Paylaşın

GÜNDƏM

AZAL təyyarələrində tezliklə yüksəksürətli internetlə olacaq

AZAL təyyarələri, AZAL

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) sərnişinlərə tezliklə yüksəksürətli, videoyayıma uyğun bortdaxili “Wi-Fi” xidməti təqdim edəcək.

Baki-baku.az AZAL-a istinadla xəbər verir ki, şirkət peyk rabitəsi sahəsində qlobal lider olan “Viasat Inc.” şirkəti ilə bu istiqamətdə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb.

Saziş dünyanın ən böyük aviasiya tədbirlərindən biri olan “Dubai Airshow 2025” çərçivəsində AZAL-ın prezidenti Samir Rzayev və “Viasat”ın aviasiya üzrə prezidenti Don Bakman tərəfindən imzalanıb. Bu əməkdaşlığın məhz beynəlxalq aviasiya sənayesinin əsas platformalarından birində rəsmiləşdirilməsi AZAL-ın innovativ texnologiyaların tətbiqi və rəqəmsal xidmətlərin genişləndirilməsi strategiyasına sadiqliyini nümayiş etdirir.

Tərəfdaşlıq çərçivəsində AZAL-ın parkına daxil ediləcək 20 yeni təyyarə (“Airbus A320” ailəsi və uzunməsafəli “Boeing 787-9 Dreamliner”) “Viasat Amara” yüksəksürətli sistemi ilə təchiz olunacaq. “Viasat Amara” yeni nəsil peyk şəbəkəsi, müasir avadanlıq və rəqəmsal həllər əsasında sərnişinlərə sabit, sürətli və videoyayıma imkan verən internet bağlantısı təmin edir.

Yüksəksürətli “Wi-Fi” ilə yanaşı, tərəfdaşlıq çərçivəsində simsiz bortdaxili əyləncə platforması da istifadəyə veriləcək. Sərnişinlər şəxsi cihazlarından istifadə edərək geniş multimedia məzmununa çıxış əldə edə biləcəklər. Yeni sistem artıq AZAL-ın bu il istismara verdiyi iki “Airbus A320neo” təyyarəsində quraşdırılıb.

“Viasat” ilə əməkdaşlıq AZAL üçün bortdaxili xidmətlərin təkmilləşdirilməsi istiqamətində mühüm mərhələdir. Sazişin “Dubai Airshow” çərçivəsində imzalanması layihənin beynəlxalq əhəmiyyətini və innovasiyaya sadiqliyimizi vurğulayır. Yüksəksürətli “Wi-Fi”ın tətbiqi sərnişinlərimizə daha yüksək komfort və fasiləsiz bağlantı imkanı yaradacaq,” – deyə AZAL-ın prezidenti Samir Rzayev bildirib.

Yeni bağlantı imkanları və genişləndirilmiş rəqəmsal infrastruktur AZAL-ın yenilənmiş xidmət konsepsiyasının əsas hissəsinə çevriləcək və bütün sərnişin kateqoriyaları üçün daha komfortlu və müasir səyahət təcrübəsi təmin ediləcək.

“Azərbaycan Hava Yolları ilə əməkdaşlıq edərək sərnişinlərə ilk dəfə olaraq yüksəksürətli, videoyayıma uyğun “Wi-Fi” xidməti təqdim etməkdən məmnunuq. “Viasat Amara” səyahət zamanı rəqəmsal təcrübəni yeni səviyyəyə yüksəldəcək. Bu əməkdaşlıq innovasiyaya və sərnişin təcrübəsinin yüksəldilməsinə dair ortaq öhdəliyimizi əks etdirir,” – deyə “Viasat”ın aviasiya üzrə prezidenti Don Bakman vurğulayıb.

AZAL biznes sinfi sərnişinlərinə və loyallıq proqramının yüksək statuslu üzvlərinə bortdaxili internetdən ödənişsiz istifadə imkanı təqdim edəcək. Yeni xidmət aviaşirkətin rəqəmsal transformasiya strategiyasını gücləndirməklə yanaşı, beynəlxalq marşrut şəbəkəsində xidmət səviyyəsinin daha da yüksəldilməsinə xidmət edəcək.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Çıxış edənlər Azərbaycan dilinə dövlət səviyyəsində qayğı göstərildiyini qeyd edib, bu istiqamətdə atılan addımlardan bəhs ediblər.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin