Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/15/2025

Paylaşın

GÜNDƏM

BDYPİ: “Sürət hədlərinin müəyyən edilməsində məqsəd insan həyatını qorumaqdır”

IMG-20251101-WA0016

“Yolda yüksək sürətlə hərəkət edən sürücülərin ətrafı qavrama qabiliyyəti kəskin zəifləyir. Sürət artdıqca görmə bucağı daralır, diqqət isə yalnız qarşıda görünən məhdud sahəyə yönəlir. Bu hal “yüksək sürət korluğu” kimi tanınır və təhlükələrin vaxtında nəzərə alınmasını çətinləşdirir”.

Baki-baku.az xəbər verir ki, barədə BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

Araşdırmalar göstərir ki, yüksək sürət zamanı:

  • Periferik görmə zəifləyir – yoldan kənarda baş verən dəyişikliklər daha gec qəbul olunur;
  • Reaksiya müddəti düzgün hesablanmır – qəfil yaranan təhlükəyə vaxtında müdaxilə etmək çətinləşir;
  • Tormoz məsafəsi artır – toqquşmanın qarşısını almaq mümkün olmur və nəticələr daha ağır olur.

Sürət hədlərinin müəyyən edilməsində məqsəd nəqliyyatın hərəkətini məhdudlaşdırmaq deyil, insan həyatını qorumaqdır. Buna görə sürücülərin yolun vəziyyətini, hava şəraitini və hərəkət intensivliyini nəzərə alaraq müəyyən olunmuş sürət limitlərinə ciddi əməl etməsi vacibdir.

“Yollarda təhlükəsizliyiniz üçün sürətə yox, qaydalara riayət etməyə üstünlük verin”.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu gün Bakının Biləcəri və Qobustan rayonunun Mərəzə qəsəbələrinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Ən son

GÜNDƏM

Azərbaycan ərazisində noyabrın 16-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

GÜNDƏM

Azərbaycan ərazisində noyabrın 16-da gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin