Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/14/2025

Paylaşın

GÜNDƏM

Bakı metrosu “Metro İstanbul” ilə dəyəri yarım milyon manatdan çox satınalma müqaviləsi imzalayıb

“Metro İstanbul”

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC ilə “Metro İstanbul” arasında satınalma müqaviləsi imzalanıb. Baki-baku.az “Bakı Metropoliteni” QSC-yə istinadla xəbər verir ki, müqavilə 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı üzrə metropolitenin genişləndirilməsi layihələrinə dair mühəndislik sahəsində məsləhət və ekspertiza xidmətlərinin göstərilməsini nəzərdə tutur və dəyəri 586 500 AZN-dir.

Müqavilə çərçivəsində “Metro İstanbul” mühəndislik və texnoloji həllərin qiymətləndirilməsi, istismar modellərinin təhlili, ətraf mühit və sosial təsirlərin qiymətləndirilməsi, həmçinin beynəlxalq maliyyə təşkilatları üçün nəzərdə tutulan maliyyə və kommersiya şərtlərinin nəzərdən keçirilməsi üzrə məsləhət xidmətləri göstərəcək. Bu istiqamətlər üzrə qurum tərəfindən ətraflı rəy və tövsiyələr təqdim ediləcək.

Qeyd edək ki, beynəlxalq maliyyə institutlarının tələblərinə uyğun olaraq, layihə sənədlərinin istismar üzrə təcrübəli müstəqil ekspert tərəfindən qiymətləndirilməsi zəruridir. Dövlət Proqramı çərçivəsində genişləndirmə tədbirlərinin Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və Asiya İnkişaf Bankı (ADB) tərəfindən maliyyələşdiriləcəyi nəzərə alınaraq, layihələrin beynəlxalq standartlara uyğun hazırlanması məqsədilə bu yanaşma xüsusi əhəmiyyət daşıyır.

Bakı Metropoliteni artıq bir neçə ildir ki, dünyanın modern texnologiyaları tətbiq edən metro sistemlərini araşdırır, qabaqcıl təcrübələri öyrənir və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı genişləndirir. Hazırda Metro İstanbul ümumi uzunluğu 241 km olan 18 xətt üzrə 236 stansiya ilə fəaliyyət göstərir. Tətbiq etdiyi innovativ həllər, idarəetmə səmərəliliyi və sistemin miqyası bu qurumu dünyanın aparıcı metro operatorlarından birinə çevirir.

“Metro İstanbul” ilə əməkdaşlığın genişləndirilməsi Bakı metropoliteninin inkişaf strategiyasına uyğun olmaqla yanaşı, yeni metro xətlərinin və stansiyalarının layihələndirilməsi və həyata keçirilməsində yüksək mühəndislik keyfiyyətinin təmin olunmasına mühüm töhfə verəcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Atlantida artıq iki min ildən çoxdur ki, tarixçilərin, arxeoloqların və sirr həvəskarlarının diqqətini cəlb edir.

Ən son

TARİX

Alazan-Həftəran vadisində, Şəki-Zəyzid kəndi ərazisində geniş sahəni əhatə edən qala divarlarının qalıqları mövcuddur.

TARİX

Alazan-Həftəran vadisində, Şəki-Zəyzid kəndi ərazisində geniş sahəni əhatə edən qala divarlarının qalıqları mövcuddur.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin